CBC TV-nin avtomobili aşdı - Foto

17:12 - 24 Fevral 2021 - Xəbər

CBC TV-nin çəkiliş qrupu yol qəzasına düşüb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, hadisə Tərtər-Bərdə yolu istiqamətində baş verib.

Qəzaya ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması səbəb olub. Belə ki, hadisə nəticəsində qəzaya uğrayan avtomobil aşıb. Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

"Telekanalın rəhbərliyi hadisədən sonra yerli icra orqanlarıyla əlaqə saxlayıb,avtoqəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün operativ addımlar atılıb", - məlumatda qeyd olunub.

Xəbər xətti