İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? - BNA-dan AÇIQLAMA

16:29 - 24 Fevral 2021 - Xəbər

Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır.

Ucnoqta.az sfera.az-a isitnadən bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev hələ ki heç bir məhdudiyyətin olmadığını deyib. M.Ağayev avtobus sayının artırlması ilə bağlı məsələyə də aydınlıq gətirdi:

"Bu gün və sabah nəqliyyatın hərəkəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Hazırda avtobus sayının artırılmasına ehtiyac yoxdur. Yolların buz  hissəsi təmizlənərsə gecikmə halları müşahidə olunmayacaq".

Xəbər xətti