Yevlaxda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Bəydili kəndində qeydə alınıb.
Kənddə ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tarix
23 Fevral 2021 [09:20]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin