İtkin düşən daha bir əsgərimizin nəşi tapılıb

Vətən müharibəsində itkin düşən daha bir əsgərimizin nəşi tapılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, II Qarabağ müharibəsində itkin düşən şəxslərin siyahısında adı olan Rajapov Əmrah XXX şəhid olduğu təsdiqlənib.

Qeyd edək ki, şəhidimiz 2000-ci ildə Gəncədə doğulub. Atasını kiçik yaşlarından itirən Əmrah, sonradan anası tərəfindən uşaq evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

Əmrah Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb.

Tarix
23 Fevral 2021 [09:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-23 09:08:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin