İrəvan 102-ci bazanı Azərbaycan sərhədinə daşımaq istəyir

Ermənistan Rusiyanın bu ölkədə yerləşən 102-ci bazanın potensialının genişləndirilməsində maraqlıdır.

Bunu “RİA Novosti”yə müsahibəsində Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan deyib. O, Ermənistanın hər zaman bunda maraqlı olduğunu bildirib:

“Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən regionda mövcud hərbi-siyasi reallıqlar nəzərə alınıb və bazanın silahlanmasının gücləndirilməsi yolunda doğru addımlar atılıb. Mən əminəm ki, bu proses uzunmüddətli xarakter daşıyacaq”.

Bununla belə Arutyunyan Rusiyanın Ermənistana əlavə hərbi dəstələr yerləşdirməsinə ehtiyac olmadığını söyləyib.
Arutyunyan, həmçinin İrəvan və Moskvanın 102-ci bazanın müəyyən hərbi birliyinin Ermənistanın şərqinə dislokasiya olunması imkanlarıyla bağlı məsələ üzərində çalışdığını deyib.

O, Ermənistanda olan Rusiya sərhədçilərinə əlavə funksiyaların verildiyini da vurğulayıb.///axar.az

Tarix
22 Fevral 2021 [15:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-22 15:33:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin