Müəllimlərin işə qəbulu üzrə müsahibələr başa çatıb

Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.

Təhsil Nazirliyindən Ucnoqta.az-a bildirilib ki, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2948 namizəd dəvət olunub. "Microsoft Teams" proqramı üzərindən keçirilən müsahibələrdə 2912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Tarix
22 Fevral 2021 [18:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-22 18:23:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin