İnkassator avtomobilindən milyonlarla avro aparıldı - VİDEO

Almaniyanın paytaxtı Berlində açıq narıncı rəngdə təmizlik işçisi formasında olan bir neçə şəxs inkassator avtomobilini qarət edib.

“Report” Almaniya KİV-ə istinadən xəbər verir ki, cinayətkarlar daşıyıcıların üzərinə silahla hücum edərək onları hədələyib və iki mühafizəçini yaralayıb.
Soyğunçular pulları öz maşınlarına yükləyərək hadisə yerində uzaqlaşıblar.

Hadisə baş verən bölgədə yaşayan sakinlər qarəti videoya çəkiblər.

İlkin məlumata görə, cinayətkar qrup 4 nəfərdən ibarət olub. Şahidlər bildirib ki, hadisə zamanı atışma olmayıb.

Aparılan pulun milyonlarla avro ilə ölçüldüyü bildirilir.

Tarix
22 Fevral 2021 [17:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-22 17:42:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin