Qadın sürücülər qəza törətdilər; birinin maşını yoldan uçdu - VİDEO

16:04 - 8 Fevral 2021 - HADİSƏ

Rusiyanın Primorsk bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hər iki avtomobilin sürücüsü qadın olub. Hadisə Ussuriysk şəhər dairəsində qeydə alınıb.

Kadrlarda, “Toyota Land Cruiser Prado” markalı avtomobilin hərəkətdə olduğu və bu zaman qəfildən sağ yoldan çıxan “Mazda Demio”nun ona sağ arxa tərəfdən çırpıldığı görülür.

Zərbənin təsirindən idarəetmədən çıxan “Prado” yol kənarına düşür.

Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.

 

Namiq Musayev

 

 

 

Xəbər xətti