İngiltərədə 125 min il öncəsinə aid fil sümüyü aşkarlanıb - FOTO

10:32 - 7 Fevral 2021 - MARAQLI

İngiltərədə skelet yığan iki qardaş, 125 min il öncəyə aid filə məxsus olduğu təxmin edilən sümük aşkar ediblər. Ucnoqta.az xəbər verir ki, Wight adasının Brighstone sahilində tapılan sümüyün ağırlığı 25-30 kilodur. Tapılan sümüyün 11-15 ton ağırlığında, hündürlüyü isə 4 metrə yaxın bir filə aid olduğu deyilib.  

Luke və Joe Ferguson qardaşları aşkarladıqları skeleti, mütəxəssislər tərəfindən araşdırılması üçün Wight Dinozavr Adası müzeyinə göndəriblər.

Muzeyin direktoru Dr. Martin Munt, skeletin əzələ sümüyü olduğunu və 10 min ilə 125 min il öncəyə aid ola biləcəyini bildirib.

 

Namiq Musayev

Xəbər xətti