Fransada avtoservisdə partlayış; 1-i ağır, 10 yaralı - FOTO

16:12 - 6 Fevral 2021 - HADİSƏ

Fransanın cənub-qərbində baş verən partlayış nəticəsində 10 nəfər xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, hadisə Birdo şəhərində qeydə alınıb. Bu “Frаnce Bleu” radiostansiyası məlumat yayıb.

Məlumata görə, partlayış iki mərtəbəli binanın birinic mərtəbəsində yerləşən avtomobil emalatxanasında olub.

Hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir.

Yaralılardan 89 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir. Daha bir nəfər isə itkin düşmüş hesab edilir.

Qəza baş verən əraziyə 70-dən çox xilasetmə əməkdaşı cəlb edilib.

 

Namiq Musayev

 

 

Xəbər xətti