Maşınla piyadanı vurub qaçan sürücü polisə təslim oldu - VİDEO

15:57 - 3 Fevral 2021 - HADİSƏ

Türkiyədə piyadanı avtomobillə vuraraq qəza yerindən qaçan sürücünün görüntüləri şəhər təhlükəsizlik kameralarına düşüb. Ucnoqta.az xəbər verir ki, hadisə İstanbulun Beşiktaş rayonunda qeydə alınıb.

Kadrlarda, piyadanın yolun qarşı tərəfə keçmək istəyərkən iki hərəkət zolağının ortasında dayandığı və bu zaman məlum olmayan səbəblərdən anidən geriyə atıldığı görülür.

Təsvirlərdə həmçinin, sürətlə hərəkətdə olan qara rəngli maşının onu vurması da əks olunub.

Yerli medianın məlumatına görə, qəzadan sonra sürücü hadisə yerindən yayınıb. Xəsarətlər alan piyada isə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, hadisə yerindən qaçan sürücü daha sonra polisə təslim olub və o, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

 

Namiq Musayev

 

 

Xəbər xətti