Taksi polis maşını ilə toqquşdu; 1 ölü, 2 yaralı - VİDEO

13:02 - 3 Fevral 2021 - HADİSƏ

Rusiyanın Moskva şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Ucnoqta.az xəbər verir ki, hadisə Kutuzov prospekti ilə Minsk küçəsinin kəsişməsində qeydə alınıb.

Kadrlarda, taksi kimi fəaliyyət göstərən minik avtomobilinin əks istiqamətə çıxaraq yüksək sürətlə irəlilədiyi və həmin anda sayrışan işıqlarını yandıraraq hərəkətdə olan yol patrul avtomobili ilə toqquşduğu görülür.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində taksi sürücüsü hadisə yerində dünyasını dəyişib, patrul maşınında olan 2 inspektor isə xəsarətlər alıblar.

Qeyd edək ki, hadisə fevralın 2-də səhər saatlarında baş verib.

 

Namiq Musayev

 

 

Xəbər xətti