Xəstəxananın damına yığılan qar kütləsi iki qadının üzərinə töküldü - VİDEO

10:57 - 30 Yanvar 2021 - HADİSƏ

Rusiyada bir xəstəxananın damına yığılan qar kütləsi iki qadının və park vəziyətində olan avtomobilin üzərinə düşüb. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, hadisə Ufa şəhərində qeydə alınıb.

Təsvirlərdə, şəhər ərazisində yerləşən bir xəstəxananın damına yığılan qarın bir anda iki qadının və park edilmiş avtomobilin üzərinə düşdüyü görülür.

Yerli KİV-in məlumatına görə, insdient zamanı ölən və ya xəsarət alan olmayıb.

 

Namiq Musayev

 

Xəbər xətti