AzTU ilə “Caspian Cable” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Caspian Cable” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Ucnoqta.az xəbər verir ki. sənədi rektor Vilayət Vəliyev və şirkətin icraçı direktoru Elnur Bədəlov imzalayıb.
Memoranduma əsasən, AzTU-nun müxtəlif fakültələrinin, xüsusilə Energetika, elektrotexnika və avtomatika fakültəsinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin şirkətdə istehsalat təcrübəsinə cəlb olunması, eyni zamanda birgə elmi-tədqiqat laboratoriyalarının və layihə-konstruksiya bürolarının yaradılması nəzərdə tutulur.

Seçilmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom və elmi işlər üçün tələb olunan mövzuların birgə tərtibi, fərqləndirilən tələbələrə təqaüd və mükafatların verilməsi də memorandumda əks olunub.

Tərəflər, bu sahənin inkisafında kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi, habelə müəssisənin insan resursları sisteminin təhlili və idarə olunmasında innovativ texnologiyaların tətbiqini həyata keçirəcək.
 

Tarix
28 Yanvar 2021 [13:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-28 13:49:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin