FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

23:56 - 27 Yanvar 2021 - DÜNYA

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25% arasında sabit saxlayıb.

Trend-in məlumatına görə, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatında bildirilir.

"Komitə (açıq bazar əməliyyatları üzrə) federal fondlar üzrə faiz diapazonunu 0-0.25% səviyyəsində saxlamağa qərar verdi və əmək bazarının tam məşqulluq üzrə şərtlərinin komitənin təxmin etdiyi səviyyələrə, inflyasiyanın yüksəlməsinin isə 2 faizə çatdıqlarına qədər bu aralığının qorunmasını gözləyir." - məlumatda deyilir.

Xəbər xətti