XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı

Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri - Nurupaşa Abdullayev, Səlim Əlizadə və İlqar Əliyevin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Prosesdə vəsatətlər təmin edilib və təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirlərinin müddəti daha 3 ay uzadılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Səbail rayon Məhkəməsinin qərarları ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

 

Tarix
27 Yanvar 2021 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-27 16:38:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin