Xırdalanda “06” qaçıran şəxs saxlanıldı

15:47 - 27 Yanvar 2021 - HADİSƏ

Xırdalan şəhərində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Abşeron RPİ-yə müraciət edən Xırdalan şəhər sakini P.Həsənov yanvarın 26-da şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Abdullazadə müəyyən edilərək saxlanılıb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

Xəbər xətti