Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.
Cənazə yerli vaxtla 07:30-da İstanbuldan Bakıya göndərilib.
Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.
Tarix
27 Yanvar 2021 [09:39]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin