Bakıda evdən 40 min manatlıq qızıl oğurlanıb

12:48 - 27 Yanvar 2021 - HADİSƏ

Bakıda evdən böyük məbləğdə oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 40 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Məmmədova saxlanılıb.

Xəbər xətti