Bir ailənin altı üzvü dəm qazından zəhərləndi

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Dünən axşam saatlarında Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə bir ailənin altı üzvü dəm qazından zəhərlənib.
Qobustan rayon sakinləri Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, ailə həkim Kəmalə Hüseynova tərəfindən müayinə olunduqdan sonra evə buraxılıb:
"Dünən dəm qazından zəhərlənmə ilə 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu xəstəxanaya müraciət edib. Kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərlənən ailə üzvləri ilkin müayinədən sonra evə buraxılıblar.

Bu gün ailə ilə əlaqə saxlanılıb. Heç bir problem yoxdur, vəziyyətləri yaxşıdır"
Faktla bağlı araşdırma aparılır.///oxu.az

Tarix
27 Yanvar 2021 [11:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-27 11:36:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin