Gürcüstan XİN başçısı koronavirusa yoluxub

21:41 - 26 Yanvar 2021 - Xəbər

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani koronavirusa yoluxub. 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə nazir özünün “Facebook” hesabında paylaşım edib.

Bildirib ki, yanvarın 23-də yoluxmuş şəxslə təmasda olduqdan sonra “PZR” testi verib və nəticəsi müsbət olub. Nazir özünü yaxşı hiss etdiyini və evdə müalicə aldığını qeyd edib.

Xəbər xətti