Milli Parklarda piknik etmək olar - Nazirlik

17:04 - 26 Yanvar 2021 - Xəbər

"Milli Parklarda piknik etmək olar, bunun üçün parklarda turist marşturları üzrə piknik nöqtələri də yaradılıb".

Bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, piknik nöqtələrin sayı milli parklardakı keçən ilə nisbətən daha da artırılıb:

"Nazirlər Kabineti tərəfindən Milli parklara giriş qiyməti 2 manat müəyyən edilib. Bu vəsait hər bir mili parktın xüsusi fondunda toplanır və parkın imkanlarının yaxşılaşdırılmasına sərf edilir".

Xəbər xətti