"Bitcoin"in dəyəri 50 min dollara çata bilər

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri 50 min ABŞ dollarına çata bilər.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu proqnozu "Luno" kriptovaluyuta birjasının və OSK şirkətinin ekspertləri verib.

Onların gözləntilərinə görə, yaxın 3-10 il ərzində "Bitcoin"in yayılması artacaq, qızıl kimi aktivlərin isə populyarlığı azalacaq.

Qeyd edək ki, hazırda "Bitcoin"in kriptovalyuta bazarında dövriyyəsi 596,908 mlrd. dollar təşkil edir. Son 24 saatda "Bitcoin"lə ticarət əməliyyatlarının həcmi 62,258 mlrd. dollara çatıb. Son sutka ərzində "Bitcoin"in ən yüksək dəyəri 34 802,74 dollara, ən aşağı dəyəri isə 31 321,49 dollara bərabər olub.

Tarix
26 Yanvar 2021 [16:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-26 16:23:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin