Yumşalmadan sonra dəmir yollarından istifadə edənlərin sayı artıb

Ölkədə SMS icazə sistemi ləğv olunduqdan sonra, dəmir yollarından gündəlik istifadə edənlərin sayı çoxalıb.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Qeyd olunub ki, sərnişindaşımada 50% artım qeydə alınıb:

"Xüsusi karantin rejimi günlərində Bakı-Sumqayıt-Bakı qatarlarından gündəlik 4000-dən çox sərnişin istifadə edib. Yanvarın 18-dən, SMS icazə ləğv olunduqdan sonra gün ərzində bu istiqamətdə hərəkət edən sərnişinlərin sayı təqribən 6000 nəfərdən çox olub".

Dekabrın 14-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqindən əvvəl Bakı-Sumqayıt-Bakı istiqamətində gün ərzində qatarla 7000-dən çox sərnişin hərəkət edib.

Tarix
26 Yanvar 2021 [16:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-26 16:11:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin