Xırdalanda dağıntılar altında qalan daha bir nəfərin meyiti tapılıb

15:26 - 26 Yanvar 2021 - Xəbər

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ucnoqta/az FHN-ə istinadən xəbər verir ki, dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti