Nazir Rövşən Əkbərovun bacısı oğluna yüksək vəzifə verdi

11:13 - 26 Yanvar 2021 - Xəbər

Polis polkovniki Samir Həsənov Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, S.Həsənov bir neçə gün öncə Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.

Samir Həsənov Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.///Report

Xəbər xətti