Xaçmazda ikimərtəbəli evdə yanğın olub

09:58 - 26 Yanvar 2021 - HADİSƏ

Xaçmaz rayonunun Köhnə Xudat kəndində ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evinqalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti