Xırdalandakı partlayışda ölən şəxsin kimliyi bilindi

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində vəfat edən şəxsin kimliyi məlum olub.

Partlayış nəticəsində Musayeva Aytən dağıntılar altında qalaraq ölüb.

Hazırda dağıntılar altından qalan uşağın axtarışları davam etdirilir. Ehtimal edilir ki, həmin azyaşlı Musayeva Aytənin övladıdır.

Qeyd edək ki, ötən gecə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından altı vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.///oxu.az

Tarix
26 Yanvar 2021 [09:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-26 09:03:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin