İranlı professor ABŞ-da həbs edilib

İran universitetlərindən birinin professoru Kavə Əfrasiyabi İslam Respublikasının maraqlarına lobbiçilik edən agent kimi qeydiyyatdan keçmədiyi üçün həbs edilib.

“Report” xəbər verir ki, məlumatı “Fars” agentliyi yayıb.

ABŞ-ın Ədliyyə Nazirliyi bildirib ki, Kave Lütfullah Əfrasiyabi qanunsuz fəaliyyətə görə Massaçusets ştatının Uotertaune şəhərində öz evində həbs edilib. İddiaya əsasən, o, İran hökumətinin və İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin gizli əməkdaşı olub. K.Əfrasiyabiyə bu istiqamətdə fəaliyyətinə görə pul ödənilib.

İranın BMT-dəki nümayəndəliyinin mətbuat katibi Əlirza Miryusifi ABŞ-ı tənqid edərək bildirib ki, prezidenti Donald Tramp administrasiyası anti-İran “fantaziyası” ilə seçilib: “Doktor Əfrasiyabi agent deyil, universitet professoru və beynəlxalq münasibətlər üzrə ekspertdir”.

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də Əfrasiyabinin həbsinə görə ABŞ-ı tənqid edib, hadisəni insan hüquqları və söz azadlığının ciddi şəkildə pozulması kimi qiymətləndirib.

Məhkəmə Əfrasiyabiyə qarşı irəli sürülən ittihamları sübut edərsə, onda iranlı maksimum 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Tarix
25 Yanvar 2021 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-25 16:38:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin