Polis maşını yarış azarkeşlərinin üzərinə sürüldü - VİDEO

12:54 - 24 Yanvar 2021 - HADİSƏ

ABŞ-ın Vaşinqton ştatında polis maşını icazəsiz keçirilən avtomobil yarışına azarkeşlik edən insanların üzərinə sürülüb. Ucnoqta.az xəbər verir ki, hadisə Takoma şəhərində baş verib. Bu barədə yanvarın 24-də “Daily Mail” məlumat yayıb.

Məlumata görə, polis yarış keçirilən əraziyə gələrək qanunsuz tədbiri dayandırmaq istəyib. Lakin təxminən 100-ə yaxın insan yol kəsişməsini blokadaya alaraq polislərə mane olublar.

Bildirilir ki, tamaşaçılar asayiş keşikçilərinin əmirinə tabe olmayıblar və patrul maşınını əhatəyə alaraq şüşələrini qırmağa cəhd göstəriblər. Lakin bu anda avtomobil yerindən tərpənərək kütlənin üzərinə hərəkət edib.

İlkin məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaralı yerli xəstəxanaya çatdırılıb. Onun vəziyyəti haqqında məlumat verilmir.

 

Namiq Musayev

 

 

Xəbər xətti