Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

10:25 - 23 Yanvar 2021 - Xəbər

Qızılağac Milli Parkının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Ucnoqta.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Nefçala rayon sakini Məlik Abdullayev olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Xəbər xətti