Rusiyada ağır yol qəzası; 3 nəfər yanaraq öldü - VİDEO

16:51 - 22 Yanvar 2021 - HADİSƏ

Rusiyanın Orenburq əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə yanvarın 22-də günün ikinci yarısında Kumak və Udarnik qəsəbələri arasında qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Toyota Platz” və “Hyundai Solaris” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən maşınlardan biri yanıb və həmin anda digərinə keçib.

Qəza nəticəsində “Toyota”nın sürücüsü və “Hyundai”da olan iki nəfər hadisə yerində yanaraq həlak olublar.

Yol Patrul Xidmətinin əməkdaşları faktla bağlı araşdırma aparır.

 

Namiq Musayev

 

 

Xəbər xətti