"YAŞAT" Fonduna daxil olan vəsait açıqlanıb

16:04 - 22 Yanvar 2021 - Xəbər

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 27 milyon manatı ötüb.

Fonda toplanan vəsait 27 476 577.35 manatdır. Həmin vəsaitdən 16 400 866.8 manatı fiziki şəxslər, 11 075 710.55 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 1 468 655.53 manatı xərclənib. Vəsaitin qalığı isə 26 007 921.82 manatdır.

Qeyd edək ki, “YAŞAT" Fondu Prezident İlham Əliyevin dekabrın 8-də imzaladığı fərman əsasında yaradılıb.

Xəbər xətti