Kürdəmirdə qatar 14 yaşlı yeniyetməni vurub

14:59 - 22 Yanvar 2021 - HADİSƏ

Kürdəmir sakinini yük qatarı vurub.

Hadisə rayonun Dəmir Yolu Vağzalı yaxınlığında qeydə alınıb.

Belə ki, rayonun Xırdapay kənd sakini, 14 yaşlı Vahidov Taleh Hüseyn oğlu dəmir yolundan keçərkən ehtiyyatsızlıq edib. Nəticədə yük qatarı onu vuraraq kənara atıb. Qəza zamanı müxtəlif növ bədən xəsarəti alan Taleh Vahidov yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.///report

 

Xəbər xətti