İtkin düşən zabitimizin meyiti tapılıb- Foto

13:15 - 22 Yanvar 2021 - Xəbər

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir zabitinin meyiti tapılıb.

Baş leytenant Mikayılov Rahim Qabil oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Qeyd edək ki, R.Mikayılov 1990-cı ildə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlindən zabitlə əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

R.Mikayılov, ailəlidir. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.

Allah rəhmət eləsin!
///report


Xəbər xətti