Qəza zamanı hadisə yerini tərk edən sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək

10:57 - 22 Yanvar 2021 - Xəbər

Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik edilir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək.

Dəyişikliyə görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.

 

Xəbər xətti