Bakıda yataqxanada yanğın olub.
Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat evrilib.
Bildirilib ki, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 1500 m² olan üçmərtəbəli yataqxana binasının (sökülməkdə olan) ikinci və üçüncü mərtəbələrinin taxtadan ibarət arakəsmələri 70 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
                       
                                             
                                                        
