Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 153 nəfər ölüb.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6289 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6113, ağır xəstələr isə 2074 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 412 505 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 290 032 nəfər sağalıb, 24 640 nəfər isə ölüb.///Apa
Tarix
21 Yanvar 2021 [22:10]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin