Bakıda evdə yanğın olub

19:46 - 21 Yanvar 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Xəbər xətti