Ötən il 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

15:46 - 21 Yanvar 2021 - Xəbər

Xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hərbi prokuror Xanlar Vəliyev bu gün keçirilən kollegiya iclasında bildirib.

Bildirilib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə şiddətli töhmət, 11-nə isə töhmət elan edilib.

Xəbər xətti