Evinizdə bu böcək varsa, öldürməyin- Faydası var

20:40 - 21 Yanvar 2021 - DİGƏR

 Aralıq dənizi bölgəsində yaşayan bu böcək qırxayaq (flycatcher) dünyaya yayılıb. Əsasən evlərdə yaşayırlar.

Ucnoqta.az xəbər verir ki, evinizdə bu qırxayaqdan varsa, onu öldürməyin. Qırxayaq həşəratlarla qidalandığı üçün xeyli fayda verə bilər. Bu kiçik yırtıcı milçək, hamamböceği, hörümçək, ağcaqanad, güvə və digər kiçik böcəkləri ovlayır.

Yumşaq ayaqlarının köməyi ilə sürətlə ovun dalınca qaçır. Ovuna yetişən bu həşərat onu dişlərindən enjekte edən zəhərlə iflic edir. Özünü qorumaq üçün bir insanı dişləyə bilər, ancaq bu zəhər ən çox insan üçün zərərsizdir. Yalnız allergiya xəstələri əziyyət çəkə bilər.

Lakin həşəratları məhv etməsinə baxmayaraq, evdə olması arzuolunmazdır.

Bunun qarşısını almaq üçün evi təmiz saxlamaq kifayətdir. Heç bir yerdə heyvan tükü, üzvi tullantı və toz olmadığından əmin olun. Bütün bunlar bu böcəkləri cəlb edir. Qəhvə qalığı ilə bu böcəklərdən xilas ola bilərsiniz.

Xəbər xətti