Türkiyə bankı Şuşada filial açır

Türkiyənin ən böyük bankı olan “Ziraat Banka”sının Azərbaycandakı törəməsi - “Ziraat Bank Azerbaijan” ASC Qarabağda filial açmağa hazırlaşır.

Bunu Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib.
"Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq. Qarabağda filial açmaqla həm dövlət qurumlarının xətti ilə, həm də öz imkanlarımızla bu bölgədən olan sahibkarlara güzəştli kreditlər verməyi düşünürük”, - deyə o, qeyd edib.

Bankir həmçinin rəhbərliyində təmsil olunduğu “Caspian Energy Club”un Türkiyədə nümayəndəliyinin açıldığını da bildirib: "Bu nümayəndəlik vasitəsi ilə biz Qarabağa Türkiyə və digər Qara dəniz hövzəsi ölkələrindən investisiya cəlb edəcəyik".///report

Tarix
21 Yanvar 2021 [13:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-21 13:14:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin