"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB -Foto

Metronun "Elmlər Akademiyası" stansiyasında bərpa işləri aparılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, işlərin artıq ilkin mərhələsinə start verilib:

"Metronun "Elmlər Akademiyası" stansiyası üzərində yerləşən binanın fasadında bərpa işləri aparılır. Stansiyanın ətrafı hasarlanıb, bu, piyadaların təhlükəsizliyi üçün edilib".

B.Məmmədov əlavə edib ki, qarşıdakı müddətdə Nazirlər Kabineti yanında Operativ Qərargah metroda sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar verərsə, stansiyadan sərnişinlərin istifadə etməsi və təhlükəsiz daxil olub-çıxması üçün müvafiq şərait yaradılacaq.

Tarix
21 Yanvar 2021 [13:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-21 13:09:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin