Paşinyan Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib

12:45 - 21 Yanvar 2021 - Xəbər

Ermənistanın Baş naziri Nikol Paşinyan işğal altındakı Azərbaycan torpaqlarının az hissəsini qaytarmaqla Dağlıq Qarabağdakı müharibəni dayandırmağın mümkün olmadığını bildirib.

“Bizim əslində müharibəni daha kiçik ərazi itkiləri ilə dayandırmaq üçün bir yolumuz yox idi”, – Ermənistan lideri qeyd edib.

Çiçəklənən Ermənistan Partiyasından olan müxalifətçi millət vəkili Naira Zohrabyanın “müharibəni daha əlverişli (erməni tərəfi üçün) şəraitdə Şuşa üzərində nəzarəti qorumaqla başa vurma” ehtimalı ilə bağlı sualına “Əhalisinin 90%-dən çoxunun türk (azərbaycanlı) olduğu Şuşinin (Şuşa – red.) öz statusuna görə erməni olduğunu söyləmək istəyirsiniz?”, – deyə cavab verib.///Haqqin.az

Xəbər xətti