Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb. 205 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu avtomobillə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin, 1978-ci il təvəllüdlü Nəzərova Nigar Əli qızı bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.///report
Tarix
21 Yanvar 2021 [11:51]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin