Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

13:11 - 20 Yanvar 2021 - Xəbər

Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə keçirilən anım mərasimində faciə qurbanlarının xatirəsi yad edilib, ruhuna dualar oxunub.

Gəncə şəhərindəki Şəhidlər xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə inşa edilən abidə ziyarət olunub, üzərinə 100-ə yaxın şəhidin adı yazılan lövhə ziyarət edlib.

Ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla sakinlər gün ərzində Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini yad ediblər.

Xəbər xətti