Polietilen torbalar alıcılara pulla təqdim olunacaq

“Yalnız nazik deyil, daha qalın polietilen torbaların da ödənişli olması üçün qanunvericilikdə dəyişiklik edilə bilər”.

Bunu Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, polietilen torbaların alıcılara pulla təqdim olunması ilə bağlı müvafiq sənəd hazırlanır:

“Bu sənəd aidiyyəti qurumlarla razılaşdırılaraq təqdim olunub. Düşünürəm ki, yaxın zamanda 15 mikrona qədər olan polietilen torbaların qadağası ilə yanaşı, 15 mikrondan çox olan polietilendən hazırlanmış paketlərin də pullu olması öz həllini tapacaq. Polietilen tullantıların ətraf mühitə təsirlərini azaltmağa nail ola biləcəyik”.

Tarix
19 Yanvar 2021 [17:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-19 17:41:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin