Yol polisindən sürücülərə hava şəraiti ilə bağlı Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında ayın 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır.

 Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Ucnoqta.az-a bildirib ki, sürücülər temperaturun aşağı düşməsi nəticəsində sürücülər yola çıxarkən son dərəcə diqqətli olmalıdırlar.

Şaxtalı hava şəraitində avtomobil sahibləri və sürücülər mövsümi qış təkərlərindən, eləcə də hər iki oxu aparıcı olan avtomobillərdən istifadəyə üstünlük versinlər. Belə hava şəraitində istifadə edilən avtomobillərin təkərlərinin mövsümə uyğun olmasını tövsiyə edirik.

Avtomobillərin şüşə ilgəcləri mütləq işləməli, avtomobillər texniki cəhətdən saz olmalı, əyləc sistemindən istifadə edilməməlidir. Sürət həddi hava şəraitinə uyğun olmalı, ara məsafəsi gözlənilməlidir.

Piyadalar yolların hərəkət hissəsindən hərəkət etməsinlər, yalnız onlar üçün ayrılmış səkilərdən istifadə üstünlük verməlidirlər.

Tarix
19 Yanvar 2021 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-19 13:51:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin