Vilayət Eyvazovdan yeni TƏYİNAT

10:22 - 19 Yanvar 2021 - Xəbər

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Unikal.org-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis baş leytenantı Azər Məmmədov  Nəsimi RPİ 20-ci Polis Bölməsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Nəsimi RPİ 20-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Elnur Əzizov vəzifəsindən azad edilərək Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

 

Xəbər xətti