Korona ilə bağlı mübarizə: Ölkəmiz reytinqdə 3-cü yerdə qərarlaşıb

09:50 - 17 Yanvar 2021 - Xəbər

Azərbaycan Oksford Universitetinin reytinqində yeni koronavirusla mübarizə tədbirlərinin effektivliyinə görə ilk 10 ölkə arasında yer alıb.

Axar.az "Vestnik Kavkaz"a istinadən xəbər verir ki, ölkəmiz 183 ölkənin yer aldığı reytinqdə 3-cü yerdə qərarlaşıb.

Reytinq tərtib edilərkən hökumətin epidemioloji vəziyyətlə bağlı atdığı addımlar, cəmiyyətə yardım və səhiyyə sisteminin performansı kimi 19 göstəriciyə əsaslanılıb.

Xəbər xətti